"QR AVAN" Tətbiqi – İstifadə Şərtləri
1. Ümumi məlumat
1.1. Bu sənəd “QR AVAN” mobil tətbiqinin (bundan sonra “Tətbiq”) istifadəçiləri üçün keçərlidir.
1.2. Tətbiqdən istifadə etməklə istifadəçi bu şərtləri oxuduğunu, başa düşdüyünü və onlara riayət edəcəyini qəbul etmiş sayılır.
1.3. “QR AVAN” tətbiqi istifadəçilərə QR kod vasitəsilə tərəfdaş məkanlarda endirim və bonuslardan yararlanmaq imkanı təqdim edir.
2. Hesab və Qeydiyyat
2.1. Tətbiqdən istifadə etmək üçün istifadəçi şəxsi hesab yaratmalıdır.
2.2. Hesab məlumatları (e-mail, telefon nömrəsi və şifrə) doğru və aktual olmalıdır.
2.3. Hesab məlumatlarının təhlükəsizliyi və məxfiliyinə görə istifadəçi özü məsuliyyət daşıyır.
3. Xidmətlərin İstifadəsi
3.1. Tətbiq QR kodları vasitəsilə endirim və bonus xidmətləri təqdim edir.
3.2. İstifadəçi QR kodlardan yalnız şəxsi məqsədlər üçün istifadə edə bilər.
3.3. Saxta və ya təkrar istifadə cəhdləri qadağandır və hesabın bloklanmasına səbəb ola bilər.
4. Ödəniş və Abunəlik
4.1. Tətbiqdə təqdim olunan bəzi xidmətlər və abunəliklər ödənişlidir.
4.2. Ödənişlər bank sistemi vasitəsilə real vaxtda həyata keçirilir.
4.3. Ödəniş tamamlandıqdan sonra istifadəçi xidmətlərdən istifadə edə bilər.
5. Təhlükəsizlik və Məsuliyyət
5.1. “QRAVAN MMC” tətbiqin fasiləsiz və düzgün işləməsi üçün bütün zəruri texniki tədbirləri görür.
5.2. İnternet provayderlərində yaranan kəsintilər, bank sistemlərindəki texniki xətalar və tərəfdaş məkanların daxili texniki nasazlıqları səbəbindən yaranan problemlərə görə “QRAVAN MMC” məsuliyyət daşımır.
6. Qadağan Olunan Fəaliyyətlər
6.1. Hesab məlumatlarını digər şəxslərlə paylaşmaq.
6.2. Saxta QR kod yaratmaq və ya istifadə etməyə cəhd etmək.
6.3. Tətbiqdəki məzmunu kommersiya məqsədilə paylaşmaq.
6.4. Sistemə müdaxilə etmək və ya texniki problemlər yaratmaq.
6.5. Digər istifadəçiləri aldatmaq və ya onlara zərər vermək.
7. Hesabın Bloklanması və Ləğvi
7.1. Qadağan olunmuş fəaliyyət aşkar edildikdə “QRAVAN MMC” istifadəçi hesabını xəbərdarlıq etmədən bloklaya və ya ləğv edə bilər.
7.2. Hesabın ləğvi halında istifadəçi ödənişlərin geri qaytarılmasını tələb edə bilməz.
8. Mübahisələrin Həlli
8.1. Mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilir.
8.2. Razılıq əldə olunmadıqda mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
9. Ümumi Qaydalar
9.1. "QR AVAN MMC" istənilən vaxt bu sənədi yeniləmək hüququna malikdir.
9.2. Əhəmiyyətli dəyişikliklər barədə istifadəçilərə tətbiqdaxili bildiriş və ya e-mail vasitəsilə ən azı 3 gün əvvəl məlumat verilir.
9.3. Yenilənmiş şərtlər tətbiqdə yerləşdirildiyi andan qüvvəyə minir.